Prezident İlham Əliyev Monteneqronun dövlət başçısına məktub göndərib
16:24 11 İyul 2020
Prezident İlham Əliyev Monteneqronun Prezidenti Zati-aliləri Milo Cukanoviçə məktub ünvanlayıb.
Femida.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Azərbaycan Monteneqro dostluq və əməkdaşlıq münasibətləri hərtərəfli və yüksələn xətlə inkişaf etməkdədir. İnanıram ki, əlaqələrimizin ikitərəfli və çoxtərəfli müstəvidə möhkəmlənməsi yolunda atdığımız addımlar bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir.
Bəşəriyyətin COVID-19 pandemiyası ilə mübarizə apardığı bir dövrdə Azərbaycan xalqının dost Monteneqro xalqı ilə həmrəy olduğunu vurğulamaq istəyirəm.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə daim rifah və əmin-amanlıq arzulayıram".
Oxunub: 809
Oxşar xəbərlər
- Prezidentdən Elşən Zeynalovla bağlı sərəncam
- Prezident İlham Əliyev Azərbaycan və Litva arasında imzalanan sazişi təsdiqləyib
- Prezident İlham Əliyev özbəkistanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib
- Prezident İlham Əliyev sərəncam imzaladı
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Prezident İlham Əliyev Cozef Baydenə məktub göndərib
- Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatıb
- Prezident “Kəlbəcər-1” kiçik SES-in açılışında iştirak edib
- Prezident "Qida təhlükəsizliyi haqqında" qanunu təsdiqləyib
- Prezident İlham Əliyev Rumıniya nümayəndə heyətini qəbul edib