Ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı


20:28     11 İyul 2020 polad0.jpg

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən məlumata görə, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Qeyd edək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 754