Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib - VİDEO


11:30     12 İyul 2020 post.jpg

Həftəsonu sərt karantin rejiminin elan edildiyi paytaxt Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib.


Femida.az Xezerxeber.az-a istinadla xəbər verir ki, istər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir.

Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur.

Polis əməkdaşları həmçinin küçə və parklarda, yaşayış yerlərinin yaxınlığında da yoxlama həyata keçirir.



Açar sözlər:

Oxunub: 799