Evdən qaçan koronavirus xəstəsinə cinayət işi açılıb - Sumqayıtda


13:23     12 İyul 2020 1442147352_yenisumqayit.az-04.jpg


Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb.

Qeyd edək ki Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb.İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polisin nəzarətinə götürülüb.

Femida.az

Açar sözlər: #Sumqayıt   #koronavirus   #xəstə   #cinayət  

Oxunub: 1401