Ermənistan ordusu cəbhədə təxribat törədib - İTKİ VAR


16:22     12 İyul 2020 20_07_12_1594556621.jpg

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.


Müdafiə Nazirliyindən Femida.az-a bildirilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Ermənistan   #cəbhə   #ordu   #hərbi  

Oxunub: 2578