Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkar edilib


17:07     12 İyul 2020 20_07_12_1594559274.jpg


Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.


DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Femida.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Femida.az

Açar sözlər: #Yevlax  

Oxunub: 811