Bakıda iki azyaşlı qızı avtomobil vurub


21:03     12 İyul 2020 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1).jpg

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 783