Əsgərilkdən qayıdan oğullarına yığıncaq keçirənlər cərimələndi


10:12     13 İyul 2020 20_07_13_1594622103.jpg

Ölkədə elan edilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Növdün kənd sakini Bəhruz Nəğdəliyev oğlunun hərbi xidmətdən qayıtması münasibəti ilə həyətində məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb.

Məclisin təşkilatçısı və həmin vaxt orada iştirak edən 12 şəxs barəsində karantin qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə olunublar.

Analoji qayda pozuntusunun qarşısı Xaçmaz RPŞ Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən də alınıb.

Belə ki, bölmə əməkdaşları şəhər ərazisində xidmət aparan zaman şəhər sakini Malik Mirzəyevin hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil etdiyini aşkarlayıblar.

Polis əməkdaşları tərəfindən M.Mirzəyev tərəfindən təşkil olunan məclis dayandırılıb. Ev sahibi və məclisdə iştirak edən şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Femida.az

Açar sözlər: #karantin   #cərimə  

Oxunub: 568