Daha bir şəhidimiz son mənzilə yola salınır


11:24     13 İyul 2020 20_07_13_1594625618.jpg


Ötən gün Tovuz istiqamətində gedən döyüşdə şəhid olan Azərbaycan Ordusunun çavuşu Sadıqov Vüqar Lətif oğlu son mənzilə yola salınır.


Femida.az-ın məlumatına görə, şəhid hərbi qulluqçunun doğulduğu Ağstafa rayonunun Yuxarı Göcəli kəndində vida mərasimi keçirilir.

Vida mərasimində rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ağstafanın deputatı, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 832