Aİ rəsmisi Bakı və İrəvana çağırış etdi


13:11     13 İyul 2020 2020/07/15889-1594630913_1594631705.jpg

Azərbaycan-Ermənistan sərhədində baş verənlər çox narahatedicidir.

Femida.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter” hesabında yazıb.

O, tərəfləri təmkinli olmağa çağırıb: “Azərbaycan-Ermənistan sərhədində atışma çox narahatedicidir. Hər iki ölkə üçün təmkinli olmaq, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək çox vacibdir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 496