Ermənistan və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub


15:31     13 İyul 2020 2020/07/886c939c-f03e-3fb4-917d-bd311441cb5e_1594640006.jpg

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və onun rusiyalı həmrakı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Femida.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat xidməti yayıb.

Bildirilib ki, tərəflər "Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti və həll yollarını, həmçinin bölgədəki stabillik və təhlükəsizlik" məsələlərini də müzakirə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 498