"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq" - Mehriban Əliyeva


16:35     13 İyul 2020 mehriban.jpg

"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!".

Femida.az xəbər verir ki, bunu Azərbaycanın I Vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsindəki paylaşımda bildirib.

I Vitse-prezident qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: "Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

Femida.az

Açar sözlər:

Oxunub: 456