Bakıda azyaşlını avtomobil vurub


21:59     13 İyul 2020 20_07_14_1594681231.jpg

Bakının Binəqədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Binəqədi rayonunda, Birinci mədən ərazisində qeydə alınıb.

2008-ci il təvəllüdlü Ağaverdi Allahverdiyev yolun kənarında dayanan zaman onu minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan yaralı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Açar sözlər:

Oxunub: 547