Moskvada koronavirus qurbanlarının sayı 4,2 mini keçib
09:12 14 İyul 2020
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 37 nəfər dünyasını dəyişib.
Femida.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4205-ə çatıb. Epidemiyanın əvvəlindən bəri təxminən 230 mindən çox Moskva sakini koronavirusa yoluxub, təxminən 165 min xəstə isə müalicə olunaraq sağalıb.
Qeyd edək ki, Rusiyada indiyədək 733 699 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 6537 nəfər bu virusa yoluxub, 104 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 11 439 nəfərdir, indiyədək 504 021 nəfər sağalıb.
Oxunub: 631
Oxşar xəbərlər
- Moskvadan müharibənin gedişatını dəyişəcək qərar
- Moskvada atışma olub, 2 nəfər ölüb, 3 nəfər yaralanıb
- Moskvada Penitensiar Xidmətin zabiti güllələnib
- Moskvada azərbaycanlı avtoritetə qarşı ittiham irəli sürülüb
- Moskvada yeni temperatur rekordu
- Moskvada oteldə yanğın olub, 3 nəfər ölüb
- Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib
- Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı - VİDEO
- Moskvada azərbaycanlının ölümündə təqsirləndirilən şəxslər bəraət aldı
- Moskvada Azərbaycan restoranına hücum edən ermənilərə hökm oxundu