Sabiq prorektorun biznesmen oğlu hakim qarşısına çıxarılır
09:50 14 İyul 2020
Dələduzluqda təqsirli bilinən "Mars-M” firmasının rəhbəri Bəşirov Mərhəmət Bəşir oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, Mərhəmət Bəşirovun rəhbəri olduğu firma Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olub. Atası Bəşir Bəşirov Texniki Universitetinin prorektoru vəzifəsində işləyib.
M. Bəşirova bundan əvvəldə qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə maddəsi üzrə cinayət işi başlanmışdı.
Oxunub: 956
Oxşar xəbərlər
- Sabiq prokuror vəfat etdi
- Sabiq icra başçısı Saleh Rüstəmov əfv edilib
- Sabiq polisin məhkəməsi başlayır
- Sabiq MTN generalının cinayət işinə baxan hakimin səhhətində problem yaranıb
- Sabiq icra başçısının apellyasiya şikayəti üzrə məhkəməsinin vaxtı məlum olub
- Sabiq hakimlər barəsində cinayət təqibi ilə bağlı prosedur məlum olub
- Sabiq icra başçısına qanunsuz silah saxlama ilə bağlı ittiham irəli sürülüb
- Sabiq MTN əməkdaşı niyə öldürüldü?- Havaya açılan atəş, narkotik, məhv olan həyatlar
- Sabiq icra başçısının məhkəməsi başlayır
- Sabiq baş infeksionist məhkəmədə ifadə verib