ABŞ sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı


10:10     14 İyul 2020 20_07_14_1594706988.jpg

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurmanı pisləyən bəyanatla çıxış edib, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequs bildirib.

"ABŞ bu zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri dərhal güc tətbiqini dayandırmağa, sonrakı eskalasiyadan qaçmağa çağırırıq. Ölkələri aralarındakı rabitənin birbaşa kanallarından istifadə etməyə, atəşkəsə ciddi əməl etməyə səsləyirik”, bəyanatda deyilir.

Bəyanatda həmçinin bildirilib ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə sadiq qalır, ATƏT müşahidəçilərinin bölgəyə gətirilməsi vacib hesab edilir.

Açar sözlər:

Oxunub: 704