Konstitusiya Məhkəməsinin indiyə qədər qəbul etdiyi qərarların sayı açıqlanıb
10:22 14 İyul 2020
“Fəaliyyətə başladığı dövrdən bu günə qədər Konstitusiya Məhkəməsinin Plenumu ümumilikdə 429 qərar və 120 qərardad qəbul olunub”.
Femida.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.
O bildirib ki, bu qərarlar konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına xidmət edir.
Məhkəmə sədri qeyd edib ki, Konstitusiya Məhkəməsi keçən fəaliyyət ili ərzində konstitusiya normalarından yayınma hallarının qarşısını almağa və pozulmuş hüquqların bərpasına yönələn bir sıra mühüm qərarlar qəbul edib, daxil olan sorğu və müraciətlər əsasında qanunların düzgün anlamı və tətbiqinə dair şərhlər və izahlar verib, yeni qanunların qəbul olunması, yaxud mövcud qanunlara düzəliş və əlavələr edilməsi ilə bağlı Milli Məclisə müvafiq tövsiyələr verib.
F.Abdullayev vurğulayıb ki, fəaliyyətə başladığı gündən Konstitusiya Məhkəməsi ölkə Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etmək kimi ali məqsədə xidmət etmiş və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışıb: “Bu illər ərzində Konstitusiya Məhkəməsi Azərbaycanda hüquqi, dünyəvi dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkəmizdə konstitusionalizm ideyalarının həyata keçirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına, hər kəsin Konstitusiyaya və qanunlara hörmət və ehtiramının, ədalət, azadlıq və humanizm kimi prinsiplərin möhkəmləndirilməsinə mühüm töhfələr verib”.
Oxunub: 798
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"