Bu il aliment borcunu ödəməyən 943 nəfər həbs edilib


11:13     14 İyul 2020 20_07_14_1594709884.jpg

2020-ci ilin birinci yarımilində aliment borcunu ödəməyən 1215 nəfər inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə Ədliyyə Nazirliyindən Femida.az -ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, onlardan 943-ü həbs edilib. Hazırda aliment borcunu ödəməkdən yayınan 2359 nəfər axtarışdadır.

Əlavə olaraq inzibati tənbehdən nəticə çıxarmayaraq aliment borcunu qərəzli olaraq ödəməyən 12 nəfər barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 770