Daha 7 hərbçimiz şəhid olub


13:26     14 İyul 2020 sehid20160326.jpg


Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik nəticəsində daha 7 hərbçimiz şəhid olub.

Femida.az xəbər verir ki, bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub.

Bunu cəbhə bölgəsində jurnalistlərin suallarını cavablandıran Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev deyib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:

1) Mayor Əhmədov Namiq Hajan oğlu
2) Mayor Novruzov Anar Gülverdi oğlu
3) Gizir Zeynallı ilqar Ayaz oğlu
4) Gizir Babayev Yaşar Vasif oğlu
5) Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu


Femida.az

Açar sözlər: #şəhid   #hərbi   #ordu   #cəbhə   #Qarabağ   #Ermənistan  

Oxunub: 1323