XİN: “Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”


14:11     14 İyul 2020 2020/07/leyla_xin_1594721675.jpg


Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı”.


Femida.az-ın verdiyi məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” hesabında yazıb.

“Ermənistan silahlı qüvvələri Azərbaycan və Ermənistanın dövlət sərhədi boyunca Tovuz rayonunun kəndlərində yaşayan mülki şəxsləri hədəfə alıb. Ermənistanın təcavüzkar və terrorçu mahiyyəti yenidən üzə çıxdı. Ermənistan rəhbərliyi onların hərəkətlərinin cəzasız qalacağını düşünməməlidir! Təcavüzə son qoyun”, - deyə, Leyla Abdullayeva yazıb.



Femida.az

Açar sözlər: #XİN  

Oxunub: 787