Kreml: Azərbaycan və Ermənistanı atəşi dayandırmağa çağırırıq


15:16     14 İyul 2020 20_07_14_1594725397.jpg


Kreml Ermənistan- Azərbaycan sərhədində baş verən atışmadan ciddi narahatdır və tərəfləri təmkinli olmağa, atəşi dayandırmağa çağırır.


Femida.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Ermənistan-Azərbaycan sərhədində baş verən atışmalardan çox narahatıq. Biz hər iki tərəfi təmkinli olmağa və atəşkəslə bağlı öhdəliklərə əməl etməyə çağırırıq", - deyə Peskov vurğulayıb.

Onun sözlərinə görə, daha əvvəl müxtəlif səviyyələrdə bəyan edildiyi kimi, Rusiya Minsk qrupunun həmsədri olaraq nizamlanmada vasitəçilik səylərini göstərməyə hazırdır.

“Bilirsiniz ki, Xarici İşlər naziri Sergey Lavrovun Bakı və İrəvandakı həmkarları ilə intensiv telefon əlaqələri olub. Bir daha hər iki tərəfi təmkinli olmağa çağırırıq".

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan   #Kreml   #atəşkəs  

Oxunub: 662