Erməni mayor və kapitan məhv edildi


15:17     14 İyul 2020 20_07_14_1594725473.jpg


İşğalçı Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər versə də, bunu mümkün qədər gizlətməyə çaşılır.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, davam edən döyüşlər zamanı sarsıdıcı zərbələr alan düşmən yalnız iki hərbçisinin öldüyünü etiraf edib, digər itkiləri hələ də ictimaiyyətə açıqlamağa tələsmir.

Bildirilib ki, Ermənistan ordusunun mayoru Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Azərbaycanın Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev isə bu gün jurnalistlərə açıqlamasında bildirib ki, iyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. Düşmənə sarsıdıcı zərbələr endirilib. Onun sözlərinə görə, düşmənin yüzə yaxın canlı qüvvəsi və hərbi texnikaları məhv edilib.

Femida.az

Açar sözlər: #erməni   #cəbhə   #mayor  

Oxunub: 725