ATƏT sədri tərəfləri atəşi dayandırmağa çağırdı


09:18     15 İyul 2020 20_07_15_1594790324.jpg

"Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram"

Femida.az xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Albaniyanın baş naziri, Avropa və Xarici İşlər naziri Edi Rama deyib.

Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik tərəflərlə yaxın əlaqədədir və vəziyyəti stabitlləşdirmək üçün səy göstərir. Azərbaycan və Ermənistan liderləri arasında birbaşa əlaqə 2019-cu ilin martında Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüş zamanı qurulub.

Edi Rama belə bir mexanizmin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümidvar olduğu vurğulanıb.

ATƏT sədri hər iki tərəfdən həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılarla bağlı narahatlığını ifadə edib: ““Biz mümkün olan hər şeyi etməliyik ki, münaqişənin insanlara təsiri azalsın və tezliklə əsaslı danışıqlar başlasın".

Femida.az

Açar sözlər:

Oxunub: 675