Şəhid general dəfn olundu - FOTOLAR


10:07     15 İyul 2020 20_07_15_1594793276.jpg


Ötən gün Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov son mənzilə yola salınıb.


Femida.az xəbər verir ki, general-mayorun cənazəsi İkinci Fəxri xiyabana gətirilib.
Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb.

Daha sonra şəhid dəfn olunub.

Qeyd edək ki, general-mayor Polad İsrayıl oğlu Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sumqayıt şəhərində yaşayıb.

P.Həşimov Aprel döyüşlərində də iştirak edib. O, göstərdiyi şücaətə görə təltif olunub.







Femida.az

Açar sözlər: #şəhid   #general  

Oxunub: 1244