Quldurluq edən keçmiş məhkum saxlanıldı


13:03     15 İyul 2020 terror%20hebs.jpg

Bakıda quldurluq edən şəxs müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 673