Könüllü cəbhəyə getmək istəyənlərin nəzərinə!
13:08 15 İyul 2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkürünü bildirir.
Qurumdan Femida.az-a verilən məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar Xidmətin aparatına, yerli idarə, şöbə və bölmələrinə könüllü olaraq cəbhə bölgəsinə gedərək döyüşmək və lazımi köməklik göstərmək istəyən vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olmaqdadır.
"Xatırladaq ki, vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir. Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir.
Bu səbəbdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirir ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər. Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur".
Femida.az
Oxunub: 1402
Oxşar xəbərlər
- Könüllülər polislərlə birgə reydlərə qoşuldu
- Könüllü döyüşə getmək istəyənlərin sayı 55 mini keçdi
- Könüllü xidmət üçün orduya yazılanların sayı 38 minə çatdı
- Könüllü hərbi xidmət üçün 7 minə yaxın Müdafiə Nazirliyinə müraciət daxil olub
- Könüllülər vətəndaşlara çağırış etdilər
- Könüllü fəaliyyətin istiqamətləri artırılır
- Könüllülər Ədliyyə Akademiyasında pulsuz hüquqi yardım fəaliyyətinə cəlb edilirlər
- Könüllülərin 2-ci Həmrəylik Forumu keçirilib
- Könüllü olmaq istəyənlərin nəzərinə!