Milli Məclisə dəyən ziyan hesablanacaq


13:13     15 İyul 2020 Milli-meclis-1.jpg

Dünən gecə Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə dəstək olaraq yürük keçirilib. Yürüşün keçirildiyi ərazidə, eyni zamanda Şəhidlər Xiyabanı, Milli Məclisin binası qarşısında vətəndaşlar toplaşmışdı. Həmin yürüş edən vətəndaşların bir qismi qanunsuz olaraq Milli Məclisin inzaibatı binasına daxil olublar və bir sıra dağıntılar törədiblər.

Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli deyib. Onun sözlərinə görə, daha sonra polis həmin şəxslərə binanı tərk etmək üçün çağrış edib və binadan çıxarılıblar.

"Yürüş təşkil edən qrup binadan çıxarılandan sonra Milli Məclisin spikeri Sahibə Qafarova vəziyyətlə yerindəcə tanış olub. Fəsadların aradan qaldırılması üçün tapşırıq verilib".

Ceyhun Əli qeyd edib ki, Milli Məclisin mülkiyyətinə vurulan ziyan hesablanacaq və bununla bağlı məlumat veriləcək: "Bu, binaya qanunsuz daxil olma cəhdidir. Cəhdin qarşısı polislər tərəfindən alınıb.Təxribat törədən qüvvələrlə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır".

Femida.az

Açar sözlər:

Oxunub: 792