345 maşın karantin postlarından geri qaytarıldı


13:41     15 İyul 2020 2020/04/karantinsurucu_1587473243.jpg

İyulun 14-də karantin postlarından 300-dən çox avtomobil geri qaytarılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Femida.az-a bildirilib ki, 14.07.2020-ci il saat 00:00-dan 15.07.2020-ci il 00:00-dək olan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 50-i rayon, 90-ı paytaxt istiqamətinə olmaqla 140, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 20-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 70, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 85-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 135 avtomobil geri qaytarılıb, ümumilikdə 345 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 748


Oxşar xəbərlər