Sahibə Qafarova parlamentə dəymiş ziyanla tanış olub


15:47     15 İyul 2020 2020/07/1594813342009_NBD2dpsQ_1594813726.jpeg

“Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova dərhal yaranmış vəziyyətlə yerində tanış olub və yaranmış vəziyyətdə fəsadların aradan qaldırılması üçün tapşırıq verib”.

Bunu APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli deyib.

Milli Məclisin əmlakına və inventarına dəyən ziyanın miqdarı ilə bağlı sualı cavablandıran şöbə müdiri qeyd edib ki, dəyən ziyanın həcmi ilə bağlı müvafiq araşdırma başa çatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək: “Hazırda Milli Məclis öz işini davam etdirir”.

Açar sözlər:

Oxunub: 776