Düşmənin hərbi nəqliyyat vasitəsi məhv edildi - VİDEO
15:50 15 İyul 2020
Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin cəbhənin Tovuz rayonu istiqamətindəki mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutduqdan sonra Naxçıvan Muxtar Respublikasının sərhədyanı bölgələrində düşmənin aktivləşməsi və ara-sıra atəşkəs rejiminin pozulması halları müşahidə olunur.
Azərbaycan Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, düşmən bölmələri iyulun 14-ü saat 22:15-dən saat 23:55-dək və 15-i saat 01:20-dən başlayaraq səhər saatlarınadək müxtəlif iriçaplı silahlardan istifadə etməklə Şərur, Babək və Ordubad rayonları istiqamətində atəşkəs rejimini pozub.
Düşmən cavab atəşi ilə susdurulub. Ermənistan Silahlı Qüvvələrinin bölmələrini Naxçıvan istiqamətində atəşləri dayandırmasına vadar etmək və cəza tədbirləri məqsədilə komanda müşahidə məntəqəsinə hərəkət edən hərbi nəqliyyat vasitəsi bölmələrimizin sərrast atışı ilə məhv edilib.
Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarətindədir.
Femida.az
Oxunub: 1464
Oxşar xəbərlər
- Düşmənin 5 tankını ələ keçirən şəhid qəhrəman yad edilib
- Düşmənin atıb qaçdığı hərbi texnikalar və silah tapıldı
- Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
- Düşmənin bu gecə məhv edilən texnikaları - SİYAHI
- Düşmənin növbəti hərbi kolonu məhv edildi
- Düşmənin xüsusi təyinatlı və kəşfiyyat bölmələrinə ciddi zərər vurulub
- Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirilib - VİDEO
- Düşmənin Ağdərədə yerləşən hərbi hissələri iflic vəziyyətindədir
- Düşmənin 41-ci artilleriya alayının batareyası DARMADAĞIN EDİLDİ
- Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb - VİDEO