Milli Məclisin qarşısında intihara cəhdin qarşısı alınıb


15:55     15 İyul 2020 2020/07/10973-1594812238_1594814470.jpg

Bakıda keçmiş məhkum Milli Məclisin binası qarşısında intihara cəhd edib.

Bakı şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, özünə xəsarət yetirməyə cəhd edən şəxsin hərəkətlərinin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınaraq, ona ilkin tibbi yardım göstərilib və sərbəst buraxılıb.

Quluzadə Orxan əvvəllər analoji əməllərə görə, Cinayət Məcəlləsinin 221.3, 221.2.1 və 126.2.4 maddələri ilə məhkum olunub. O.Quluzadə bu gün səhər intihara cəhd edərkən sərxoş vəziyyətdə olub.

Açar sözlər:

Oxunub: 876