Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi


17:15     15 İyul 2020 2020/07/1594818067204_tZXyOOUf_1594819037.jpeg

İyulun 2-də saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Suraxanı rayon Prokurorluğundan Femida.az-a verilən xəbərə görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuş və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 891