Ermənilərin mülki vətəndaşımızı öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb
18:36 15 İyul 2020
2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə atəşkəs rejimini kobud şəkildə pozaraq kəskin eskalasiya yaratmaq məqsədi ilə artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, təcavüzkar Ermənistan bu kimi təxribatçı əməlləri ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasının dinc əhalisinin sıx yaşadığı əraziləri artilleriya atəşinə tutmaqla mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədiblər.
Belə ki, iyulun 14-də saat 14 radələrində Ermənistanın silahlı qüvvələri tərəfindən Tovuz rayonu, Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun yaşadığı evə odlu silah mərmisinin atılması səbəbindən sonuncu aldığı çox saylı qəlpə xəsarətləri nəticəsində həlak olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri və intensiv istintaq tədbirləri davam etdirilir.
Oxunub: 775
Oxşar xəbərlər
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilərin hərbçilərimizə verdikləri işgəncələrlə bağlı hesabat hazırlandı
- Ermənilərin Naxçıvanı atəşə tutması nəticəsində mayorumuz yaralandı
- Ermənilərin kənd təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin mülki əhaliyə vurduğu zərərin aradan qaldırılması üçün pul ayrıldı - SƏRƏNCAM
- Ermənilərin Xocavənddə atıb qaçdıqları “İQLA” zenit-raket kompleksi aşkarlanıb
- Ermənilərin Hadrutda cəsəd axtarışı nəticəsiz qaldı
- Ermənilərin donuz saxladığı Xan sarayı, dağıdılmış İmarət - FOTOREPORTAJ