Şirvanda 45 yaşlı kişi evində ölü tapılıb


19:17     15 İyul 2020 20_07_15_1594826259.jpg

Şirvanda mənzildən meyiti tapılıb.

Femida.az -ın məlumatına görə, bu gün Şirvan şəhəri, Nərimanov küçəsi 11, mənzil 30 ünvanında pis qoxu hiss edən qonşular polisə məlumat veriblər. FHN əməkdaşlarının köməkliyi ilə mənzilin qapısı açılıb və evdən 1975-ci il təvəllüdlü Əhmədov Daşqın Balabəy oğlunun meyiti aşkar edib.

Faktla bağlı Şirvan Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 532