Baş Nazir Əli Əsədov Türkiyənin Vitse-prezidentinə təşəkkürünü bildirib
20:53 15 İyul 2020
Azərbaycanın Baş Naziri Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.
Femida.az xəbər verir ki, məktubda Baş Nazir iyulun 12-də Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən hərbi təxribatı pisləyən bəyanatına və ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Baş Nazir Əli Əsədov Fuat Oktayın “Səninləyik Azərbaycan” ifadəsini səsləndirməklə bir daha əsl qardaşlıq nümunəsi göstərdiyini vurğulayıb.
Azərbaycan dövlətinin və xalqının bu qardaşlıq dəstəyini yüksək qiymətləndirdiyi bildirilib.
Baş Nazir Əli Əsədov, həmçinin Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin ildönümündə bu cinayəti bir daha qətiyyətlə pislədiyini və qəbuledilməz hesab etdiyini qeyd edib, dövlət çevrilişi cəhdinin qarşısının alınması üçün canlarını verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.
Oxunub: 716
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib