Tovuz istiqamətində döyüşlər yenidən başlayıb


08:09     16 İyul 2020 20_07_16_1594879880.jpg


İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.


Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər: #Tovuz   #cəbhə   #ordu  

Oxunub: 1507