Türkiyə XİN: Ermənistan rəhbərliyi ağıllarını başlarına yığmalıdır
10:07 16 İyul 2020
Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verib.
Femida.az xəbər verir ki, bəyanat Türkiyə XİN-in rəsmi saytında dərc edilib.
“Ermənistan Azərbaycana qarşı təcavüzkar fəaliyyətini ört-basdır etmək üçün indi də Türkiyəyə qarşı riyakar bir qarayaxma kampaniyasına cəhd etdiyi müşahidə olunur. Azərbaycan torpağında illərdir qeyri-legitim bir işğalı davam etdirən Ermənistanın bu ikiüzlü mövqeyi Cənubi Qafqazda daimi sülh və stabilliyin qurulmasının qarşısındakı əsl manenin kim olduğunu da açıq və dəqiq şəkildə göstərib.
Kontekstdən kənar tərzdə ittihamlar və iftiralarla xarici siyasət yrütmək nə bölgəyə, nə Ermənistanın fayda verər.
Bu yanaşma kimliyini təktərəfli bir tarix anlayışından sadəcə ədavət çıxararaq yaradan və beynəlxalq hüquqa zidd aqressiyasını legitim göstərməyə çalışan bir zehniyyətin təzahürüdür. Təcavüzkar millətçiliyi alovlandıran bu mövqe üzücüdür, ancaq təəccüblü deyil.
Ermənistan rəhbərliyinin ağıllarını başlarına yığması və Cənubi Qafqazda problemlərin deyil, həllərin parçası olmağı dərhal öyrənmələri lazımdır”.
Qeyd edək ki, ötən gün Ermənistan XİN Türkiyəni Azərbaycanı açıq şəkildə dəstəkləməkdə ittiham edib.
Femida.az
Oxunub: 671
Oxşar xəbərlər
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Türkiyədə ağır yol qəzasında 8 nəfər ölüb, 10 nəfər ağır yaralanıb
- Bakıda Türkiyə vətəndaşı təhdid edilib
- Ukrayna taxılı olan gəmilər Türkiyəyə avqustun 3-də yola düşəcək
- Türkiyə kəşfiyyatı PKK rəhbərliyində təmsil olunan qadını məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyada 25 terrorçunu məhv edib
- Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib
- Türkiyə ordusu Suriyada 11 terrorçunu zərərsizləşdirib
- "Türkiyə şirkətinin Azərbaycan Müdafiə Nazirliyinə qarşı borc iddiası qaldırması yalandır" - RƏSMİ
- Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib