Həmsədrlər tərəfləri danışıqlara çağırır


10:19     16 İyul 2020 20_07_16_1594880390.jpg


ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin Qarabağ nizamlanması ilə bağlı tez bir zamanda əsaslı danışıqların aparılmasının zəruriliyini təsdiqləmələrini alqışlayır.

Femida.az xəbər verir ki, bu barədə Minsk Qrupunun bəyanatında vurğulanıb.

Qeyd olunub ki, iyulun 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şoffer (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik görüş keçirib, daha sonra bəyanat qəbul ediblər.

“Məlumatlara görə, 15 iyul səhər saatlarında Azərbaycan-Ermənistan sərhədində vəziyyət nisbətən sakit olaraq qalır. Həmsədrlər və xüsusi nümayəndə hərbi hərəkətlərin azaldılmasını alqışlayır və tərəfləri de-eskalasiyanı davam etmək üçün səy göstərməyə çağırır”.

Həmsədrlər bir daha tərəfləri təhrikedici ritorikadan və yerdəki vəziyyəti dəyişdirmək cəhdindən çəkinməyə çağırıb, sülh prosesinin bərpasına əlverişli atmosfer yaratmağın zəruriliyini, həmçinin ATƏT müşahidəçilərinin bölgəyə tezliklə qayıtmasının vacibliyini vurğulayıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 668