Əhalinin gəlirləri artıb - RƏSMİ


10:20     16 İyul 2020 manattt.jpg

2020-ci ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27377,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən Femida.azv-a verilən məlumata görə, bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 2,4 faiz bəndi üstələyib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 24706,9 milyon manatlıq vəsait qalıb.

Femida.az

Açar sözlər: #manat  

Oxunub: 964