Ermənilər kəndə mərmilər atdı - Evlərə ciddi ziyan dəydi


10:48     16 İyul 2020 20_07_16_1594882140.jpg

Ermənistan silahlı qüvvələri tərəfindən bu gün səhər saatlarında Tovuzun Dondar Quşçu kəndinə atılan mərmilər yaşayış evlərinə və bir neçə həyətyanı sahəyə düşüb.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Mülki şəxslər arasında xəsarət alan yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 795