Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb - FAKTİKİ HAVA
13:13 16 İyul 2020
Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.
Xidmətdən Femida.az-a bildirilib ki, iyulun 16-sı səhərədək olan məlumata əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Düşən yağışın miqdarı Oğuzda 61 mm (aylıq normanın 91 faizi), Mərəzədə 53 mm (aylıq normanın 325 faizi), İvanovkada (İsmayıllı) 28 mm (aylıq normanın 37 faizi), Şamaxıda 23 mm (aylıq normanın 99 faizi), Dəmiraparançayda (Qəbələ) 21 mm, Daşkəsəndə 19 mm (aylıq normanın 32 faizi), Qəbələdə 14 mm, Qrızda 10 mm (aylıq normanın 18 faizi), Cəfərxanda 8 mm (aylıq normanın 178 faizi), Balakəndə 8 mm, Qazıməmməddə 7 mm (aylıq normanın 119 faizi), Ağdərədə (Ordubad) 7 mm, Sabirabadda 6 mm, Sədərəkdə 4 mm, İsmayıllıda 3 mm, Şahbuz, Zaqatala, Tərtər, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağ, Altıağac, Xınalıq, Şəkidə 2 mm, Kürdəmir, Xaltan, Neftçala, Bakı, Zabrat, Çilov adasında 0.5 mm olub.
İyulun 15-də gün ərzində şimal-qərb küləyi arabir Daşkəsən, Qəbələ, Naftalanda 24 m/s, Şəkidə 20 m/s, Sumqayıt, Göyçay, Qazıməmməddə 18 m/s, Qum adası, Bakıda 17 m/s, Ağdamda 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Oxunub: 615
Oxşar xəbərlər
- Neftçalada 49 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
- Neftçalada 12 yaşlı yeniyetmə kollektorda boğulub
- Neftçalada yol qəzası olub, xəsarət alanlar var
- Neftçalada sabiq və indiki bələdiyyə sədrlərinə cinayət işi başlanılıb
- Neftçalada 3 nəfər bıçaqlanıb
- Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb
- Neftçalada 51 yaşlı kişi bıçaqlanıb
- Neftçalada sevdiyi qızın ölümünə dözməyən gənc özünü asıb
- Neftçalada 23 yaşlı gənc intihar edib
- Neftçalalı tələbənin Ukraynada rus əsgərlərinin girovluğunda olduğu iddia edilir