20-dək erməni xüsusi təyinatlısı məhv edildi,meyitləri qayalıqda qalıb - VİDEO


13:34     16 İyul 2020 20_07_16_1594891723.jpg

"Ermənilərin hazırda qayalıqların araxasında 20-dək xüsusi təyinatlı əsgərlərin meyiti qalıb. Hazırda həmin meyitlərin ərazidən çıxarılması üçün düşmən tərəfi döyüş aparır".


Femida.az xəbər verir ki, bu barədə informasiya İTV-nin efirində cəbhə bölgəsindən xəbər verən jurnalist Heydər Mirzəyev tərəfindən verilib. Jurnalist hərbi mənbələrə istinadən bildirib ki, Tovuz rayonu istiqamətində yerləşən postu ələ keçirməyə cəhd edən erməni hərbçiləri ciddi itki verib. Həmin mövqeyi ələ keçirə bilməyən düşmənin xüsusi təyinatlıları məhv edilib. Öldürülən hərbçilərin meyitləri hələ də qaylıqların arasında qalıb. Düşmən tərəfi hərbçilərin meyitini ərazidən çıxarmaq istəyərkən yenidən ciddi itki verib. Bu ciddi itki düşmən ordusunu ciddi sarsıdıb.

Ətraflı videonu təqdim edirik:




Miri Məcidli
Femida.az


Açar sözlər: #erməni_əsgər   #Tovuz_döyüşləri  

Oxunub: 5685