MN guya bölmələrimizin sərhəddə təxribat törətməsi və erməni kəndlərinin atəşə tutulmasını təkzib edib


13:41     16 İyul 2020 20_07_16_1594892654.jpg

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bölmələrimizin təxribat törətmək cəhdi və Ermənistanın Aygepar və Movses kəndlərinin guya bölmələrimiz tərəfindən D-30 toplarından atəşə tutulması barədə erməni tərəfinin yaydığı məlumatları təkzib edib.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bu cür məlumatlar erməni tərəfinin uydurması və dezinformasiyadır. Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur. Əksinə, bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam, Dondur Quşçu və Vahidli kəndlərini atəşə tutublar, mərmilər yaşayış binalarına düşüb”, - deyə V. Dərgahlı vurğulayıb.

Açar sözlər:

Oxunub: 578