Prezidentin köməkçisi: “Münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir”
14:31 16 İyul 2020
“İyulun 12-dən etibarən Tovuz istiqamətində Ermənistanın təxribatları davam edir”.
Femida.az -ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz bu təxribatların qarşısını alır: “Qürur doğuran haldır ki, hər bir Azərbaycan vətəndaşı bu gün həmrəydir. Qarabağ Azərbaycanın tarixi torpağıdır, bütün torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq ictimaiyyət də cəmiyyətimizdəki bu yekdil fikri görməlidir. Ən əsası Azərbaycan xalqının iradəsidir”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlar nəticə vermir: “Ermənistanın cəzalandırılmaması onu yeni təxribatlara sürükləyir”.
H. Hacıyev nəzərə çatdırıb ki, Bakıda həmrəyliklə bağlı aksiyaya xələl gətirmək istəyən zümrələr olub : “Onlar da öz layiqli cəzalarını alacaqlar. Dövlət və xalq birliyinə xələl gətirənlərə yer yoxdur”.
Oxunub: 580
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"