Dövlət Xidmətinin rəisi: “Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb”
14:43 16 İyul 2020
“Bu gün gənclər könüllü şəkildə döyüşdə iştirak etmək üçün müraciət edirlər”.
Femida.az -IN məlumatına görə, bunu bu gün mətbuat konfransında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirib.
A. Rəhimov deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciətlər olub və onlara qanunvericilik izah edilib: “Bildirilib ki, lazım olduğu halda tələb olunan hərbi vəzifəlilər hərbi hissələrə göndərilə bilər. Bəziləri sosial şəbəkələrdə bildirirlər ki, müraciət edirlər, ancaq qeydiyyata alınmırlar. Hərbi vəzifəlilər və digərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdadır. Prezidentin çıxışından sonra sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə gənclərin axını başlayıb. Biz həmin gənclərin rəsmi şəkildə qeydiyyata alınmasını həyata keçiririk. Sadəcə, burada bəzi şəxslər fərqli istiqamətdə iş aparırlar. Dünən Prezidentin çıxışından sonra 4 minə qədər gənc hərbi qeydiyyata alınıb. Biz könüllü getmək istəyən şəxsləri qeydiyyata alırıq. Sadəcə, hər birimiz səbrli, diqqətli olmalıyıq. Könüllü müraciət edən şər bir vətəndaş qeydiyyata alınır”.
A. Rəhimov deyib ki, Dövlət Xidmətinə elektron postla da müraciət edənlər də var: “Qeyd etdiyimi kimi, artıq 4 min gənc qeydiyyata alınıb”.
Oxunub: 672
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"