Hikmət Hacıyev: “Ermənistan hərbçiləri mülki əhalinin arxasında gizlənir”
15:15 16 İyul 2020
“2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatının qarşısı əks-həmlə ilə alınarkən Ermənistan silahlı qüvvələri əhalinin sıx məskunlaşdığı ərazilərdə artilleriyadan istifadə edib”.
Femida.az -ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, Tovuz istiqamətində də Azərbaycan ordusunun qətiyyətli cavabı qarşısında Azərbaycanın mülki obyektlərinə zərbə endirilir, eyni zamanda özləri Ermənistanda mülki əhalinin arxasında gizlənirlər.
“Məqsəd odur ki, cavab zərbəsi nəticəsində Ermənistanda mülki şəxslərə ziyan dəysin və bundan da beynəlxalq aləmdə istifadə etsinlər. Azərbaycan Ordusu isə dəqiq hədəflərə münasibətdə zərbələr endirilir. Bu mətbuat konfransının da məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin terrorçulara xas olan metoddan istifadə etməsini, mülki əhalinin arxasında gizlənərək onları hədəfə çevirməsini çatdırmaqdır”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
Oxunub: 557
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"