AMEA-da yeni təyinatlar olub


18:43     16 İyul 2020 trend_amea_main.jpg

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təyinatlar olub.
Azvision.az xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Müvafiq qərarla kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə AMEA prezidentinin köməkçisi, Coşqun Məmmədov AMEA-nın birinci vitse-prezidentinin xidmətində elmi katib, texnika elmləri doktoru Qəmbər Quliyev isə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun texnologiyalar üzrə direktor müavini təyin ediliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 687