Daşkənddən 159 azərbaycanlı vətənə gətirildi
22:26 16 İyul 2020
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 16-da axşam saatlarında Daşkənddən 159 Azərbaycan vətəndaşı ilə çarter reysi yerinə yetirib.
Bu barədə Femida.az-a AZAL-dan xəbər verilib.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirusa (COVID-19) dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.
Femida.az
Oxunub: 427