Şəkidə dağlıq ərazidə 150 hektar sahə yanıb


09:19     17 İyul 2020 20_07_17_1594963245.jpg

İyulun 16-sı axşam saat 20:30 radələrində Şəkinin Daşbulaq kəndinin inzibati ərazisinə bitişik dağlıq yaylaq ərazidə yanğın baş verib.

Femida.az -ın məlumatına görə, yanğın genişlənərək 150 hektar ərazini bürüyüb.

Yanğın nəticəsində ərazidəki kol-kos, quru ot və xırda ağaclar yanıb.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 30-a yaxın şəxsi heyəti və müvafiq qurumlar və yerli sakinlər cəlb edilib.

Yanğının yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 453