İsmayıllı sakinini cərəyan vuraraq öldürüb


12:18     17 İyul 2020 20_07_17_1594973926.jpg

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Femida.az -ın xəbərinə görə, rayon sakini, 1988-ci il təvəllüdlü Musayev Qüdrət Əli oğlu mağazalardan birinə firmadan gətirdiyi malları boşaldarkən ehtiyatsızlıq edib və elektrik dirəyindən qırılaraq mağazanın qarşısına düşən naqili kənara atmaq istəyərkən cərəyan onu vurub. Q.Musayev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 530